Sertifikat və Lisenziyalar
Hüquqi və Fiziki Şəxslər üçün Sertifikat və Lisenziyaların Alınması Haqqında Açıqlama
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bəzi fəaliyyət növlərinin həyata keçirilməsi üçün müvafiq icazələr — sertifikat və ya lisenziya alınması tələb olunur. Bu icazələr, həmin fəaliyyət sahəsinin təhlükəsizlik, keyfiyyət və qanunlara uyğunluq baxımından tənzimlənməsi məqsədilə verilir.
Fiziki və hüquqi Şəxslər üçün
Fiziki şəxslər fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq və ya müəyyən peşə sahələrində xidmət göstərmək üçün bəzi hallarda sertifikat və ya xüsusi icazə (lisenziya) almalıdırlar. Məsələn:
- İdxal-ixrac vergilərindən azadolma haqqında sertifiaktın alınması
- Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə çıxarışın verilməsi
- Fiziki və Hüquqi şəxslər üçün Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alınması.
Fiziki şəxslər üçün sertifikat və ya lisenziya alma prosesi, adətən aidiyyəti dövlət qurumuna müraciət, tələb olunan sənədlərin təqdim olunması və müvafiq yoxlamaların keçirilməsi mərhələlərindən ibarətdir.